Meyxanaçı Kərimin son vəziyyəti

  • 14.02.2019
  • 0

Ağır xəstəlikdən əziyyət çəkən meyxanaçı Ağakərimin səhhətində irəliləyiş var.

AzNews.az xəbər verir ki, bu barədə “Xəzər” televiziyasının “Hər şey daxil” proqramında məlumat verilib. Meyxanaçı bildirib ki, artıq ayaqları və əlləri hərəkət edir:

“Yaxşıyam, ağrılarım yüngülləşib. Darıxmışam. Çoxdandır efirdə yoxam. Sağalıb gələcəyəm”.

Qeyd edək ki, meyxanaçı Kərim 2017-ci ildə insult keçirib. Uzun zamandır ki, ağır xəstəlikdən əziyyət çəkən meyxanaçının xəstəxana xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Nə düşünürsən?