Xaçmaz sakini oynamadığı lotareyadan 2 milyon avro pul qazanıb

  • 14.02.2019
  • 0

Xaçmaz sakini oynamadığı lotareyadan 2 milyon avro pul qazanıb. Az məbləğ deyil. Amma gəncin sevinci çox çəkməyib. Çünki göndərilən mesaj lotareya oyunu olmasa da fırıldaqçıların yeni oyunudur. Əsasən xarici ölkələrdən xüsusi tərtib edilərək göndərilən bu maillərin toruna düşənlərdə az deyil. Çünki qazanılan məbləği rəsmiləşdirmək üçün kiçik məbləğ tələb edirlər.

 

Ekspertlər belə mesajların xarici xakerlər tərəfindən göndərildiyini deyir. Lakin ölkəmizdə də bu cür dələduzluqla məşğul olanlar kifayət qədərdi. 

Hüquqşünaslar da təklif edilən böyük məbləğlərə şirniklənmədən şəxsi məlumatarın dələduzlara verilməsini düzgün hesab etmirlər. Belə mesaj alan vətəndaşların hüquq mühafizə orqanlarına müraciət etməsi tövsiyyə edilir. 

Nə düşünürsən?