Rusiyada kişi arvadını “əziyyətdən qurtarmaq” üçün oğlunu öldürdü

  • 08.11.2017
  • 1

Rusiyanın Nijni Novqorod şəhərində polis işləyən qadının əri dörd yaşlı oğlun övladlarını “arvadını əziyyətdən” qurtarmaq üçün öldürüb. Oxu.Az-ın Mash nəşrinə istinadən məlumatına görə, Yevqeniya Rusiya Daxili İşlər Nazirliyinin Nijni Novqorod idarəsində müstəntiq vəzifəsində işləyir. Quruma yeni rəhbərlik gələndən sonra onun işi çətinləşib. Qadının əri onun işdə çox vaxt keçirməsindən narazı olub və dəfələrlə bu zəmində onlar arasında mübahisə yaranıb. Yevqeniya sutkalıq növbətçiliyə çıxanda əri ona “Biz ölməyə gedirik” ismarıcını göndərib. Qadın işdən icazə istəsə də, onu buraxmayıblar. Bir neçə saat sonra isə Yevqenya növbəti SMS-i alıb: Mən səni artıq narahatçılıqdan qurtardım. Səhər evə qayıdan Yevqeniya oğlunun tapmayıb. Üzərində zorakılıq əlamətləri olan dörd yaşlı Artyomun cəsədi qarajların arxasında aşkarlanıb. Yevqeniyanın əri polis tərəfindən saxlanılıb.

Nə düşünürsən?