Mal damında kilitli 4 uşaq tapıldı - Uşaqlar ərindən deyilmiş

  • 13.02.2019
  • 0

ABŞ-ın Texas ştatında bir tövləyə bağlanmış 4 uşaq tapılıb.


Uşaqlardan birinin cütlüyün birgə uşaqları olduğu, digərlərinin isə qadının başqa kişi, ya da kişilərlə olan münasibətlərdən dünyaya gəlmiş uşaqlar olduğu öyrənilib.


Uşaqlardan ən böyük ikisinin ölçüləri bir metrdən kiçik bir it qəfəsinə qıfıllı, ifrazatı üzərinə bulaşmış digər iki kiçik uşağın isə qismən geyinilmiş halda olduğunu bildirən polis, "tövlədə bol miqdarda yemək vardı, ancaq soyuducu və şkaflar qıfıllı olduğundan uşaqlar yeməkləri görmürdü" deyib.


Endryu Cozef Fabila və Paige Isabow Harkings adlı cütlük arasında baş vermiş dava ilə əlaqədar hadisə yerinə gedən polis, tövlədən gələn uşaq səslərini eşidib.


4 uşağın anası olan qadın ilə bir uşağın atası olan adamın həbs olunduğu bildirilib.


Tövlədə olan uşaqlar xəstəxanaya aparılıb, uşaqların sağlamlıq vəziyyəti haqqında məlumat verilmir./metbuat.az

Nə düşünürsən?