Həbsdə olan plastik cərrah "türmə"dən qaçdı

  • 13.02.2019
  • 0

Türkiyənin Adana  vilayətində insanları plastik əməliyyat zamanı qorxunc hala saldığı üçün həbs olunan həkim cəza evindən qaçıb.

 Oxu24.com  Haberler.com saytına istinadən xəbər verir ki, 6 il müddətinə həbs cəzası alan plastik cərrah Soner Gülnaz ailə vəziyyəti ilə bağlı həbsxanadan buraxılsa da, o vaxtı bitdikdən sonra geri qayıtmayıb. Bu səbəbdən də məhkəmə onun barəsində axtarış elan edib.
Xatırladaq ki,  Azərbaycanda  təhsil aldığı deyilən  Soner Gülnaz  Adanada  Çukurova Xəstəxanasında  tibb bacısı kimi çalışan 22 yaşlı Merve Keleşini əməliyyatdan sonra qorxunc hala salmışdı.

Gənc qız əvvəlcə  dodağını qalınlaşdırmaq üçün ona 500 TL pul ödəyib. Həmin dolğu bir həftə ərzində əriməyə başlayıb və Merve özünü Azərbaycanda təhsil alan "plastik cərrah" kimi təqdim edən Sonerə yenidən müraciət edib. Klinikası təmirdə olduğunu deyən “cərrah” onun dodağını ev şəraitində qalınlaşdırıb. Keleş bunun qarşılığında ona 1000 lirə pul  verib.

Bundan sonra Keleşin dodağı şişməyə başlayıb və o, xəstəxanalıq olub. Məlum olub ki, onun dodağına naməlum maddə yeridilib.