Bunun nə olduğunu təsəvvür edə bilməzsiniz

13.02.2019 | 69 | 0

Malayziyanın Sabah əyalətində qanunsuz yolla saxlanılan 2 milyon dollar dəyərində qarışqayeyən və pulcuğu ələ keçirilib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, yerli polis Sabah əyalətində fabrikə basqın edib. Basqın zamanı soyuducuda saxlanmış 1800 qutu dondurulmuş qarışqayeyən, 6 fərqli soyuducuda 572 dondurulmuş qarışqayeyən, qəfəslərdə 61 canlı qarışqayeyən və 361 kiloqram qarışqayeyən pulcuğu tapılıb. Qanunsuz yollarla heyvan qaçaqmalçılığı ilə məşğul olan fabrikin sahibi həbs edilib.

Malayziya polisi "Malayziyanın bugünə qədər gördüyü ən böyük qarışqayeyən qaçaqmalçılığı idi"-deyə açıqlama verib.

Nə düşünürsən?