Məşhur "Ya Qarabağ, ya ölüm" şerini yazan vəfat etdi

  • 13.02.2019
  • 0

Türk dünyasının tanınmış sənətçisi Ozan Arif 69 yaşında vəfat edib.

Bu barədə Türkiyənin NTV televiziyası məlumat yayıb.

O.Arif qırtlaq xərcəngi xəstəliyindən əziyyət çəkirdi. O, müalicə olunduğu "On Doqquz Mayıs” Universitetinin Tibb fakültəsində dünyasını dəyişib. 

Qeyd edək ki, O.Arif 1949-cu il iyulun 10-da Türkiyənin Giresun əyalətinin Alucra rayonun Yüksələn kəndində anadan olub.

O, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə, Dağlıq Qarabağın və ətraf rayonların işğalına biganə qalmamışdı. O.Arif məşhur "Ya Qarabağ, ya ölüm!” şeirinin müəllifidir. 

Xatırladaq ki, hər kəs tərəfindən sevilən şeri keçmiş "Dəyirman" qrupu ifa edib.

Nə düşünürsən?