Aldığınız geyimin saxta,yaxud original olduğunu bilmək üçün bu videonu izləyin!- Ekspert qaydaları izah edir

12.02.2019 | 54 | 0

Son vaxtların ən çox müzakirə edilən mövzularından biridə insanların haqlı olaraq narazılığına səbəb olacaq saxta malların keyfiyyətli mal yəni brend mal adından satışa çıxarılmasıdır. Nəticədə işbazlar küllü miqdarda pul qazanır , müştərilər isə bundan ziyan çəkir. Oxu24.com mövzu  ilə bağlı ekspert Elmar Nurəliyevlə əlaqə saxlayıb.Ekspertin açıqlamasını təqdim edirik:


-Elmar bəy,saxta malları necə ayıraq olar ?

- Əvvala onu deyim ki heç bir saxta brend məhsulu onun əsilindən adi göz ilə görməklə seçmək olmaz . Çox vaxt saxta olanı əsilindən dahada parlaq və gözəgəlimi olur. Onun üçün ilk növbədə almaq istədiyiniz məhsulda diqqət etməli olduğunuz nüanslara fikir verin :
Birinci növbədə almaq istədiyiniz malın etiketinə baxın . Etiket  mala ( şalvar , kofta ) necə tikilib . Zavod istehsalı olan ( yəni firma mallarında ) etiketlər mala  astarın altından yaxud birləşmə yerlərində tikilir. Yəni sən etiketə baxanda onun üzərində tikiş yeri görmürsən . Ancaq sonradan vurulan etiketlərin malın üzərindən vurulduğunu diqqətlə baxanda açıq görmək olar.
İkinci etiketin üzərində barkod olur və o barkodda malın məxsus olduğu ölkənin kodu olur. Məsələn siz almaq istədiyiniz mal Türkiyə istehsalıdırsa barkodda 869 ,  İran 626 , Rusiya 460-469 , Almaniya 400-440 , Fransa 300-379  İtaliya 800-839 , Kitay 690-695 ilə başlayır . Yəni siz alacağınız malın hansı ölkəyə məxsus olduğunu bu kodlar ilə müəyyən edə bilərsiniz . Lakin buda tam deyil . Bundan sonra barkodda olan əsasən 12-13 rəqəmdən ibarət kod olur , bu kodun həqiqi olub – olmamasını yoxlaya bilərsiniz :
Barkodda olan ilk iki yaxud üçdə ola bilər ölkə kodudur , sonra gələn beş yaxud altı rəqəm də ola bilər istahsalçı firmanın kodudur , sonrakı beş rəqəm məhsulun kodudur , ən sonda olan rəqəm isə “ nəzarət kodudur “  .  Bu rəqəmlər ilə “ nəzarət kodunun “ düzgünlüyünü yoxlaya bilərsiniz .Sağdan sola tək rəqəmləri toplayırıq , alınan cavabı 3-ə vururuq .Sağdan sola cüt rəqəmləri toplayırıq , alınan cavabın üstünə yuxarıda aldığımız cavabı gəlirik .Alınan cavabın qarşısındakı rəqəmləri silib axrıncı rəqəmi saxlayırıq. 10 rəqəmindən axrıncı rəqəmi çıxanda cavab barkoddakı ən sonuncu rəqəm alınmalıdır. Bu nəzarət rəqəmidir .

Nə düşünürsən?