Ana bətnindən çıxarılıb əməliyyat edilən körpə yenidən yerinə qoyuldu

12.02.2019 | 50 | 0

Tibb tarixində daha bir ilk yaşanıb. Səyyar Tv xarici mətbuata istinadla xəbər verir ki, Belçikada doğulmamış körpə ana bətnindən çıxarılaraq əməliyyat olunduqdan sonra yenidən yerinə qoyulub. Əməliyyat Bethan Simpson adlı qadının üzərində həyata keçirilib. Cərrahlar əməliyyatla qadının körpə qızını bətnindən çıxarıb, onurğa yırtığını tikdikdən sonra yenidən anasının bətninə yerləşdiriblər. Belçikadakı "Qrit Ormond Strit Hospital"da keçirilən əməliyyatı ingilis həkimlər belçikalı həmkarları ilə birgə həyata keçiriblər.

__________________________________________________________________

Səyyar Tv

Nə düşünürsən?