Azərbaycanın yol polisi ilə bağlı bu video Gürcüstanda izlənmə rekordu qırıb

  • 12.02.2019
  • 0

Azərbaycan DYP ilə bağlı video rekord sayda paylaşılıb.

 

Ötən ilin payızında DYP-nin təşkilatçılığı ilə Vergilər Nazirliyi yol polisinin fəaliyyətinə həsr edilmiş videoçarx yaymışdı.  Avtosfer.az xəbər verir ki, video nazirliyin facebook səhifəsində yayıldı və qısa müddətdə izləyicilər tərəfindən rəğbətlə qarşılandı. Artıq həmin video Gürcüstanda da məşhurlaşıb. Belə ki, Gürcüstana məxsus "Georgian Coubs” səhifəsində həmin video 3 ay əvvəl yayılıb. Bir milyondan çox izləyicinin gördüyü videonu 32398 nəfər paylaşıb. 15 min bəyənməsi olan videoya 521 nəfər şərh yazıb.

Sfera.az həmin videonu təqdim edir: 

Avtosfer.az

Nə düşünürsən?