Bakıda yeni metro stansiyası inşa edilir

  • 12.02.2019
  • 0

Bakının "Xətai” metrostansiyasında təmir tikinti işləri sürətlə davam edir. Çəkiliş zamanı metropoliten işçiləri tərəfindən ərazidə gərgin iş prosesini müşahidə edilib.

Sfera.az "Real TV"yə istinadən xəbər verir ki, stansiyanın 50 ildir fəaliyyət göstərən binası, platforması eyni zamanda Xətai-Cəfər Cabbarlı mənzilində əsaslı təmir yenidənqurma işləri aparılır.

Qurumun rəsmisi eyni zamanda paytaxtın Ceyhun Səlimov küçəsində yeni tikilən metro stansiyasının inşasından danışıb.

O qeyd edib ki, stansiya 2020-ci ilədək hazır vəziyyətdə tikilib sərnişinlərin istifadəsinə veriləcək.

Nə düşünürsən?