Dünyaca məşhur aparıcının olduğu helikopter TIR-ın üzərinə düşdü

  • 12.02.2019
  • 0

Braziliyada məşhur televiziya və radio aparıcısı 66 yaşlı  Rikardo Boeçatın mindiyi helikopter  Sao-Paoloda yolda hərəkət edən TIR-ın üzərinə düşüb.

FaktXeber.com-un verdiyi məlumata görə, qəza nəticəsində jurnalist və pilot həyatlarını itirib, TIR sürücüsü isə yaralanıb.

Braziliyada ən prestijli qəzetçilik mükafatlarından 3-nə sahib olan, IstoE dərgisinin köşə yazarı, televiziyada prezidentliyə namizədlər arasında müzakirələri idarə edən Boeçatın ölümü ölkədə böyük kədərlə qarşılanıb. 

Nə düşünürsən?