Metrodan istifadə edənlərə - şad xəbər

  • 12.02.2019
  • 0

Bakının “Xətai” metrostansiyasında təmir tikinti işləri sürətlə davam edir. Çəkiliş zamanı metropoliten işçiləri tərəfindən ərazidə gərgin iş prosesini müşahidə etdik.


Realtv.az-ın məlumatına görə, stansiyanın 50 ildir fəaliyyət göstərən binası, platforması eyni zamanda Xətai-Cəfər Cabbarlı mənzilində əsaslı təmir yenidənqurma işləri aparılır.


Qurumun rəsmisi eyni zamanda paytaxtın Ceyhun Səlimov küçəsində yeni tikilən metro stansiyasının inşasından da danışdı.


O qeyd etdi ki, stansiya 2020-ci ilədək hazır vəziyyətdə tikilib sərnişinlərin istifadəsinə veriləcək.

Nə düşünürsən?