Şok görüntülər: Qarabağ əlili yolun ortasında özünü yandırmaq istədi

  • 12.02.2019
  • 0

Oxu24.com   xəbər verir  ki, Fevralın 11-də Qarabağ əlili Məhəmmədəli Hacıyev özünü yandırmağa cəhd edib. O, 3 ay əvvəl icazəsiz sökülən obyektinə kompensasiya tələb edir. Xətai prospektində yerləşən obyektinin deputat Əsabil Qasımov və Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadovun şərikli şirkəti tərəfindən söküldüyünü iddia edir. “Poleks” MMC tikinti şirkəti deputat Əsabil Qasımovun qardaşı oğlu Şahin Qasımovun adınadır.