NASA Marsın yeni videosunu yaydı

11.02.2019 | 33 | 0

NASA Mars planetinin yeni video görüntülərini yayımlayıb.

 “Ölkə.Az” xəbər verir ki, görüntülər “Curiosity” aparatı vasitəsilə lentə alınıb. “Curiosity” Marsın Qeyl kraterindəki Eolida dağından bir illik tədqiqatdan sonra aşağı enib. Enişdən əvvəl aparat rayonun 360 dərəcəlik panoram görüntüsünü lentə alıb.

“Curiosity” sözügedən rayonun gil təbəqəsini gələn il tədqiq edəcək. Aparat 2012-ci ildə Marsın Qeyl rayonuna enib. Əsas hədəfi Qırmızı planetdə geoloji və geo kimyəvi tədqiqat aparmaq, atmosferi və iqlimi öyrənmək, su və ya onun izlərini, orqanik maddələri araşdırmaqdır. Bu məlumatlar isə Marsın nə vaxtsa canlı həyat üçün uyğun olub-olmadığını, planetdə canlı həyat üçün uyğun ərazinin olub-olmadığı üçün çox vacibdir.


__
Xəbəriniz varsa çəkin, göndərin, yayımlayaq
050 249 58 78

Nə düşünürsən?
Loading...