Zamiq 15 ilin hesabatını verdi

  • 11.02.2019
  • 0

Ötən gün müğənni Zamiq Hüseynov Heydər Əliyev Sarayında solo konsert verib.  “Qafqazinfo” xəbər verir ki, tədbirin təşkilində 70-ə yaxın işçi heyəti çalışıb.

15 ildir ki, səhnədə olan sənətçi konsertini “Varmı” mahnısı ilə açıb. O, daha sonra gələn qonaqları salamlayaraq çox həyəcanlı olduğunu qeyd edib: “Vaxtilə bu möhtəşəm sarayın yanından keçərkən düşünürdüm ki, görəsən, nə zamansa bu sarayda heç olmasa iki-üç mahnı oxuya biləcəm? Nəhayət, bu xoşbəxt gün yetişdi”.

Nə düşünürsən?