Yaqub Zurufçu: “Ayrılıq” öz müəllifi üçün səsləndi”

  • 11.02.2019
  • 0

“Bu dəfə "Ayrılıq" öz müəllifi üçün səsləndi”.

AzNews.az xəbər verir ki, bunu müğənni Yaqub Zurufçu “Ayrılıq” mahnısının müəllifi Fərhad İbrahiminin vəfatından danışarkən deyib. O, qeyd edib ki, “Ayrılıq” mahnısı onun yaradıcılığının üst qatında dayanıb:

"Fərhad İbrahimi aramızdan ayrıldı. Bu əsər mənim yaradıcılığımın ən üst pilləsində durmaqla yanaşı, həyatımın da yaxşıya doğru dönüşünə səbəb olub. Odur ki, müəlliflərini - Fərhad İbrahimini və Əli Səlimini özümə daha yaxın, daha doğma bilmişəm...”

Qeyd edək ki, “Ayrılıq” mahnısının sözlərinin müəllifi Fərhad İbrahimi 83 yaşında Tehranda dünyasını dəyişib. “Ayrılıq” mahnısı ilk dəfə 1958-ci ildə Əli Səliminin həyat yoldaşı Fatma Qənnadi tərəfindən səsləndirilib. Bu ifadan sonra mahnının mahir ifaçıları sırasında Yaqub Zurufçu, Ququşun adları çəkilir.

Nə düşünürsən?