Bakıda hündürmərtəbəli binada qorxulu anlar

  • 10.02.2019
  • 0

Bakıda fəhlə 17 mərtəbəli binanın 14-cü mərtəbəsində ayağının altına sadəcə taxta qoyaraq iş görür. Yıxılmaması üçün üzərində heç bir təhlükəsizlik vasitələri olmayan bu şəxsə tikinti zamanı heç nəzarət edən də yoxdur.



Xezerxeber.az-ın məlumatına görə, fəhlə 14-cü mərtəbədə taxtadan eyvan hissə düzəldərək orada heç bir təhlükəsizlik tədbiri olmadan iş görür.



Elə buna görə də bu şəxs hər an yıxılaraq həyatından ola bilər. Görüntülər Bakıda qeydə alınıb.



Paytaxtın Nəsimi rayonu Azadlıq prospektində tikilməkdə olan 17 mərtəbəli yaşayış binasında çalışan bu şəxs qaydaları kobud şəkildə pozaraq öz həyatını təhlükəyə atır. Görüntüləri isə yaxınlıqda olan bir vətəndaş mobil telefonu ilə qeydə alaraq "Xəzər Xəbər"in votsap nömrəsinə göndərib.



Görüntülərdən aydın olur ki, tikinti aparılan ərazidə nəzarət olmadığından işçilər heç bir təhlükəsizlik qaydalarına əməl etmədən işləyirlər.



Video ilə tanış olan hüquqşünas Kamandar Hüseynovun sözlərinə görə, burada əməyin mühafizəsi qaydaları kobud şəkildə pozulub.



Hüququşunas deyir ki, bu şəxsi işə götürən barəsində İnzibati Xətalar Məcəlləsinin 198-ci və 318-ci maddələrinə görə inzibati məsuliyyət nəzərdə tutulur.



Bununla yanaşı, qaydaların pozulması ölümlə nəticələndikdə və digər ağır fəsadlara gətirib çıxardıqda isə işəgötürən 2 ilə qədər azadlığın məhdudlaşdırılması və 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.



Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?