Masallı rayonunda ev yanıb

  • 10.02.2019
  • 0

Masallı rayonunun Boradigah qəsəbəsində ümumi sahəsi 424 kvadratmetr olan ikimərtəbəli on otaqlı evin ikinci mərtəbəsində altı otaq və dam örtüyü 212 kvadratmetr sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a bildiriblər ki, evin qalan hissəsi yanğından mühafizə olub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az yanğının görüntüsünü təqdim edir:

Nə düşünürsən?