"Toppuş bacı" ərindən boşanıb?

  • 09.02.2019
  • 0

Əməkdar artist Tünzalə Əliyeva və həyat yoldaşı Röyalın ayrıldığına dair xəbərlər yayılıb.

BiG.AZ xəbər verir ki, aktrisa bu məsələyə ATV-də yayımlanan "Gündən-günə" verilişində aydınlıq gətirib. O, aparıcı Əkbərin "Məndən tez-tez soruşurlar ki, "Toppuş bacı" əri ilə bir yerdədir, yoxsa boşanıblar?" sualına belə cavab verib:

"Allah bütün ailələri qorusun. Bütün qadınlara həyat yoldaşımın məni sevdiyi qədər sevgi qismət eləsin. Mənim də öz yoldaşımı sevdiyim qədər öz ərlərini sevsinlər. Qaynatam, qaynanam mənə hörmət edir. Tanınmışlar arasında yeganə insanam ki, qaynanamla münasibətimiz ana-bacı münasibətidir. Qaynatamla nərd oynayanda bir az sözümüz çəp gəlir, amma qaynanamla heç vaxt mübahisə etmirik. Onları çox sevirəm. Onlara mən və Xəyal kimi dolğun məhəbbət arzu edirəm. Ayağıma kiçik daş dəyəndə belə bir-birimizə dəstək oluruq. 2 yaşlı uşağımız var. Çox xoşbəxtik".

Nə düşünürsən?