İlkin Həsənidən şok anons: - Bu zəlzələ nə idi ki, əsl titrəyiş martda olacaq

  • 09.02.2019
  • 0

"Bozbash pictures" komandasının "İLK Media" və "Cinemazadeh" istehsalı ilə ərsəyə gətirdiyi "Bombaltı" filminin treyleri tamaşaçıların ixtiyarına verilib.

Faktor.az xəbər verir ki, bu barədə komandanın rəhbəri İlkin Həsəni məlumat verib. O, filmin trillerini paylaşaraq “O gün ki zəlzələ nə idi ki, əsl titrəyiş martda olacaq”, - deyə qeyd edib.

Filmin komediya-məcara və döyüş janrında çəkildiyini deyən aktyor pərəstişkar ordusunu martda böyük partlayışa – “Bombaltı” filminin təqdimat mərasiminə hazır olmağa dəvət edib.

Filmin quruluşcu rejissoru Rauf Ocaqverdiyev, quruluşcu operatoru Elvin Əhmədoğludur. 90 dəqiqəlik ekran işinin ssenarisi isə Ənvər Abbasov, Samid Ağayev və Elnur Hüseynova aiddir.

Layihədə İlkin Həsəni, Nicat Rəhimov, Ilkin Misgərli, Elşən Orucov, Ramil Babayev, Azər Baxşəliyev, Duyğu Dəvəli, Vaqif Şərifov və başqaları çəkilib.

Qeyd etmək lazımdır ki, ekran işi iddialı səhnələri ilə diqqət çəkir. Xüsusilə Nicat Rəhimovun qadın cildinə girərək ifa etdiyi səhnələr ilə İlkin Həsəninin şotland yubkası geyindiyi kadrlar indidən maraq doğurub.

Nə düşünürsən?