Sərnişin sürücüyə “protiv sür” deyərək onu qəzaya saldı

  • 08.11.2017
  • 0

Paytaxtda avtoxuliqanlıq edən şəxsin qəzayla bitən sonluğu anbaan kameraya düşüb. Oxu.Az Avtosfer.az-a istinadən xəbər verir ki, "Mercedes" markalı avtomobili idarə edən sürücü Bakıxanov qəsəbəsinin Ramiz Qəmbərov küçəsində yüksək sürətlə hərəkət edərək Sülh küçəsinə dönüb. Həmin avtomobildə sərnişin qismində əyləşən şəxs sürücüdən əks istiqamətə çıxmasını istəyib. Sonda sürücü ayırıcı zolağın kəsiyindən qəflətən əks istiqamətə çıxmaq istəyən zaman qarşıdan gələn avtomobillə toqquşub.

Nə düşünürsən?