Rəqsanədən Xatuna cavab — “Gərək barışmağa üz qoyasan”

  • 09.02.2019
  • 0

ARB TV-nin “Show news” proqramının növbəti müsahibi müğənni Rəqsanə İsmayılova olub.

"Ölkə.Az" xəbər verir ki, o, həmkarı Xatun Əliyevanın barışıq jestinə münasibət bildirib:

“Tək Xatunla deyil, heç kəslə problemim yoxdur. O vaxt Xatungil özləri məni düzgün başa düşmədilər. Özləri etdilər, mənim heç bir günahım yox idi. Aydınlaşdırmağa çalışırdım, mənə qulaq asmadılar. İncimişdim. Hamımız müğənniyik, bizə yaraşan bir-birimizi görəndə salam verməkdir. Dalaşanda da elə dalaşmaq lazımdır ki, barışmağa üz qoyasan. Mənim o yaşım deyil ki, qalmaqal edəm. Yaraşmır bizə”.