Elza:"Bu gecə məni və tamaşaçıları təhqir etdilər"

  • 09.02.2019
  • 0

“Azərbaycanın səsi” yarışması bu dəfə də qalmaqalsız ötüşməyib.

Faktor.az xəbər verir ki, Aygün adlı iştirakçının səhnəyə oriental rəqqasə ilə çıxıb oynaması əməkdar artist Elza Seyidcahanı özündən çıxarıb.

O, rəqqasənin səhnədə ombasını iştirakçıya vurmasını təhqir və biabırçılıq adlandırıb:

“Gecə vaxtı bizi böyük təhqir etdilər. İki qızın yan-yana vurmasının burada yeri yox idi. Bu, böyük biabırçılıq idi. Oğlan ifaçı olsa, yanında qız oynasa bu, normal idi. Bu gecə məni və tamaşaçıları təhqir etdilər. Bu, nə dərəcədə düzgündür? Bu, mənim üçün qəbulolunmazdır. Oriental rəqs kişilər üçündür. Aygün oxuyur, rəqqasə də özünü orada öldürür. Yanını vurur qıza, qız qıza yan vurar?”.

Nə düşünürsən?