Tolik Şəbnəmin iç üzünü açdı: Onun səs yazıları...

09.02.2019 | 56 | 0

Məşhur prodüser Tolik (Tarix Əliyev) müğənni Şəbnəm Tovuzlu haqqında qalmaqallı fikirlər səsləndirib.

AzNews.az xəbər verir ki, o bildirib ki, Şəbnəm Tovuzlunu hər kəs sakit insan kimi tanıyır.

Tolikin dediyinə görə, əslində belə deyil. Bu barədə o, Youtube kanalında qonaq etdiyi müğənni Vəfa Şərifzadə ilə söhbəti zamanı deyib.

“Bu gün hamı elə bilir ki, Şəbnəm çox sakit qızdı. Amma onun Vəfaya göndərdiyi təhqir mesajları, səs yazıları efirə getsəydi, hamı onu başqa cür tanıyardı. Lakin o, özünü hamıya mülayim tanıdıb”.

Qeyd edək ki, iki xanım sənətçi arasındakı qalmaqala səbəb bir müddət öncə adı mətbuatda hallanan Famil adlı şəxsdir. Belə ki, Famil illər öncə Ş.Tovuzlu ilə vətəndaş nikahında yaşayıb və sonradan münasibətlər gərginləşdiyindən onlar ayrılıblar.

Bir müddət sonra isə Famil Ş.Tovuzlunun həmkarı Vəfa Şərifova ilə münasibətə başlayıb.

Nə düşünürsən?