Nazirlikdə 2 jurnalistə vəzifə verildi

  • 09.02.2019
  • 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni təyinatlar olub.

Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı öz “Facebook” səhifəsində məlumat yayıb.

Məlumata əsasən, nazirliyin tabeliyindəki Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi vəzifəsinə Aynur Osmanqızı, nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin mətbuat katibi vəzifəsinə isə Gülnar Əzizova təyin ediliblər.

Hazırki vəzifəsinə qədər A.Osmanqızı "Report" İnformasiya Agentliyinin müxbiri, G.Əzizova isə CBC telekanalında “Xəbər” proqramının aparıcısı və müxbiri kimi fəaliyyət göstərib.

Qeyd edək ki, bir neçə gün əvvəl ATV-nin iki əməkdaşı da nazirlikdə təyinat almışdı. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinə mətbuat katibi vəzifəsinə bundan öncə AzTV, Lider TV, ARB TV və ATV-də müxtəlif vəzifələrdə çalışmış, bır sıra telelayihələrin rəhbəri və aparıcısı kimi fəaliyyət göstərmiş Şahin Əliyev, nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi vəzifəsinə ATV-nin “Xəbər” proqramının aparıcısı Əsmər Nəcməddinqızı təyin edilib.

Nə düşünürsən?