Azərbaycanda yeni qurum yaradılır

  • 08.02.2019
  • 0

Prezident İlham Əliyev Azərbaycanda Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında Fərman imzalayıb. 

Mərkəzin yaradılmasında əsas məqsəd ictimai əhəmiyyətli məsələlərin araşdırılması və ictimai rəyin öyrənilməsi üçün əlavə vasitə yaratmaq, bu sahədə təhlil, tədqiqat və proqnozlaşdırma işinin səmərəliliyini artırmaq, sosial tədqiqatlarda müasir informasiya texnologiyalarından və qabaqcıl elmi-metodoloji yanaşmalardan istifadəni genişləndirməkdir.

Xezerxeber.az-ın məlumatına görə, Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyəti ictimai rəyin öyrənilməsində önəmli rol oynayacaq.

Millət vəkili Fərəc Quliyev deyir ki, bu, son zamanlar aparılan islahatların tərkib hissəsidir və günün tələbinə uyğun şəkildə həyata keçirilir.

Sosial Tədqiqatlar Mərkəzi ictimai münasibətlərin inkişaf dinamikasının sistemli təhlilini aparacaq, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirəcək və dəyişiklikləri proqnozlaşdıracaq, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıracaq. Həmçinin, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edəcək.

Həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini də dövlət orqanlarına təqdim edəcək. Prezident Administrasiyasına Mərkəzin nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?