100-dən çox tikinti şirkəti vətəndaşları aldadıb

  • 08.02.2019
  • 0

Vətəndaşları aldadan tikinti şirkətlərinin adları açıqlanıb.

Xezerxeber.az-ın məlumatına görə, 2018-ci ildə 100-dən çox tikinti şirkəti barədə vətəndaşlar tərəfindən Prezident Administrasiyasına şikayətlər edilib. Bu barədə Administrasiyanın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov məlumat verib.

Şikayətlər əsasən, tikinti şirkəti tərəfindən çoxmərtəbəli yaşayış binalarının inşasında müvafiq norma və qaydalara, həmçinin müqavilə şərtlərinə riayət edilməmələrindən olub.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, ənənəvi problemdən- bəzi şirkətlərin mənzilləri iki və daha artıq şəxsə satmasından da şikayətlər olub. Bundan başqa, vətəndaşlar razılığa gəlinmədən, kompensasiyalar verilmədən söküntü işlərinə başlanılmasından, binaların təhlükə törədəcək dərəcədə yaxın məsafədə tikilməsindən də şikayət ediblər.

Eyni zamanda, bəzi yaşayış komplekslərində idarəetmədə olan problemlərin həll olunmadığından da şikayətlər var.

Ekspert deyir ki, vətəndaşlar bu kimi hallarla qarşılaşmamaq üçün maksimum diqqətli olmalıdırlar.

Ev alanların bu kimi nüanslara diqqət etməsi vacibdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?