8 aylıq hamilə qadın görün nə etdi? - Hamısı bir-bir ortaya çıxdı

  • 08.02.2019
  • 0

Türkiyə Narkotik Cinayətlərlə Mübarizə Şöbəsi İdarəsinin Briqadaları 4 aydır ki, texniki və fiziki təqib nəticəsində müəyyənləşdirdikləri 7 ayrı ünvanda eyni zamanda əməliyyat təşkil edib.
Türkiyə KİV-i xəbər verir ki, 2-si qadın, 8 adamın nəzarətə alındığı əməliyyatda həssas burunlu itlər tərəfindən 707 "captagon" narkotik maddə və 17,5 qram marixuana ələ keçirilib.
Yaxalanan 2 qadından birinin 8 aylıq hamilə olduğu ortaya çıxıb.
Hamilə halıyla narkotik satan qadının haqqında aparılan tədqiqatlar sonrası həbs qərarı çıxarkən, digər qadın adlı nəzarət şərti ilə sərbəst buraxılıb.
Alınan məlumata görə, Hatay Narkotik Cinayətlərlə Mübarizə Şöbəsi İdarəsinin Briqadaları tərəfindən 4 aylıq texniki və fiziki təqib nəticəsində səhərin erkən saatlarında Altınçay və Əmək məhəllələrində yerləşən 7 ünvana eyni vaxtda basqın təşkil edilib./Metbuat.az

Nə düşünürsən?