Pakistanda mikroavtobusla yolsuzluq maşınının toqquşması nəticəsində 16 nəfər yanaraq həyatını itirib. FaktXeber.com-un verdiyi məlumata görə, faciə Hayber-Pahtunva bölgəsində baş verib. Qəzaya səbəb kimi, yolsuzluq maşınının əks istiqamətə çıxması göstərilir. Nəticədə avtobusun qaz balonu partlayıb, avtobus tamamilə alovlara bürünüb.