"100 dollar verdilər ki, siqaret çəkim" — Hacı Nuran

  • 08.02.2019
  • 0

Aparıcı Hacı Nuran ARB telekanalında yayımlanan "Pəncərə" verilişinin qonağı olub.

"Ölkə.Az" xəbər verir ki, aparıcı verilişdə illər öncə yaşanan hadisədən danışıb.

O, həyatı boyu heç vaxt siqaret çəkmədiyini açıqlayıb: "Mənim üçün siqaret çəkmək çox dəhşətli bir şeydir. Ona görə həmişə siqaret və içkidən uzaq durmuşam. Məktəbdə oxuyanda sinif yoldaşlarım siqaret çəkirdi. Mənə 100 dollar təklif etdilər ki, siqaret çəkim. Ancaq qəbul etmədim. Özü də 1988-ci illər üçün 100 dollar böyük pul idi".

Nə düşünürsən?