Tarixin ilk böyük casus təşkilatını yaradan türk

  • 08.02.2019
  • 0

963-1186-cı illərdə Mərkəzi Asiyada mövcud olmuş qüdrətli Qəznəvilər dövlətinin əsasını türk hökmdar Alp Təkin qoyub. Mavarənnəhr, Əfqanıstan, Şimali Hindistan və Xorasanda hökmranlıq etmiş bu türk xanədanlığı öz adını paytaxt Qəznə şəhərindən götürüb.

Qəznəvilər dövlətinin əsası 963-cü ildə qoyulsa da, dövlətin inkişafı 977-ci ildə hakimiyyətə gəlmiş Səbuk Təkinlə əlaqədardır. Səbuk Təkinin oğlu Sultan Mahmudun dövründə isə imperiyanın sərhədləri Ceyhundan Hind çayına və Hind okeanına qədər uzanmışdı. Qəznəvilər dövləti məhz Sultan Mahmudun dönəmində özünün ən qüdrətli dövrünü yaşayıb.

Tarixçilər Sultan Mahmud Qəznəvinin dövlətin əsas dayaqlarını inkişaf etdirməklə yanaşı, orduya, xüsusən kəşfiyyat məsələsinə önəm verdiyini yazırlar.

Nə düşünürsən?