Servislə avtomobil toqquşdu: 1 ölü, 9 yaralı

  • 08.02.2019
  • 0

Türkiyənin Kocaeli vilayətinin Kandıra rayonunda məktəbli servisi ilə digər avtomobil toqquşub.

Cebhe.info türk mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 9 nəfər isə yaralanıb.

Məlumata görə, D-605 yolunda Ceyhun Çapanın idarə etdiyi 34 PE 1066 dövlət qeydiyyat nişanları avtomobil ilə Şaban Taşdemirin idarə etdiyi 41 P 5466 nömrəli məktəbli servisinin toqquşma səbəbi hələ bilinmir.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, təcili tibbi yardım maşınları və polislər qüvvələri cəlb olunub.

Qeyd edək ki, avtomobilin sürücü Ceyhun Çapan aldığı zərbələrdən yerindəcə ölüb, servis sürücüsü və 8 məktəbli isə yaralanıb. Yaralılar ilk yardımdan sonra yaxınlıqdakı xəstəxanalara aparılıblar.

Vəfat etmiş sürücünün nəşi isə ekspertizadan sonra Kandıra Dövlət Xəstaxanasının morquna aparılıb.

Nə düşünürsən?