Şok olay! Bərbərxanada fahişələri pulla görüşdürən kişi iş başında tutuldu

  • 08.02.2019
  • 0

Türkiyənin Antalya şəhərində bərbərxananın içərisində fahişəlik xidməti təşkil edən şəxslər   saxlanılıb.

Oxu24.com   Türkiyə mətbuatına istinadən  xəbər  verir  ki, bərbər salonunun arxasında xüsusi otaq hazırlayan iki nəfər kişi Özbəkistan əsilli qadınları pul qarşılığında salona gələn kişilərə təklif edirmiş. Bərbər  Əhməd V. müştərilərin saç və saqqalını düzəltdikdən sonra onlara intim münasibətdə olmaq üçün qadınların olduğunu təklif edirmiş.Müştərilər razılıq verdikdən sonra pulu alan bərbər dükanın içərisində hazırlanan xüsusi otağa onları dəvət edib. Əməliyyat zamanı məlum olub ki, fahişəlik xidmətinə cəlb edilən qadınlar Özbəkistan vətəndaşlarıdır.Onlar Gülnarə  E.  və Fərqanə A. adlı qadınlardır. Onlar Türkiyədən deportasiya olunub.