Dünyanın çörəklə imtahanı

  • 08.02.2019
  • 0

Beynəlxalq Taxıl Şurası dünyada taxıl ehtiyatının azaldığını açıqlayıb

Beynəlxalq Taxıl Şurasının məlumatına görə, dünyada 2018-19-cu il biçim mövsümündə buğda istehsalında ötən illə müqayisədə 42 milyon ton azalma müşahidə olunub və ümumi ehtiyatlar 716 milyon ton geriləyib.

Ötən mövsümdə aparıcı taxıl istehsalı regionlarında baş verən iqlim dəyişkənliyi son nəticədə prqonozlardan xeyli aşağı həcmdə məhsul əldə olunmasına gətirib çıxarıb.

Taxıl məhsullarından bioyanacaq alınması sahəsində Avropa Birliyi və ABŞ-ın intensiv fəaliyyəti, həmçinin dünyada enerjidaşıyıcılarının ifrat bahalaşması ərzaq, xüsusilə də un məhsullarının çatışmazlığı və qiymət artımlarına səbəb olub.

Bahalaşma ABŞ və Çin arasında iqtisadi gərginliklərlə də birbaşa bağlıdır. Azərbaycan kənd təsərrüfatı ölkəsi olsa da, ərzaq buğdası üzrə tələbat idxaldan asılı vəziyyətdədir. Hal hazırda ölkə ərazisində istehsal olunan taxıl ümumi ehtiyacın 30 fazini ödəyir.

Statistik rəqəmlərdə dənli bitkilərin istehsalı üzrə göstəricilər artsa da, bu, ərzaq buğdasından asılılığı aradan qaldırmır. Bəs ölkəmizi xaricdən bu qədər asılılığa vadar edən nədir?

Kənd Təsərrüfatı Nazırliyi yanında Aqrar Araşdırmalar mərkəzinin iqtisadi təhlillər və proqnozlaşdırma bölməsinin rəhbəri Səadət Hacıyevanın sözlərinə görə buna başlıca səbəb 1 -ci dərəcəli buğdanın əldəe dilməsi üçün iqlimimzin uyğun olmamasıdır.

Nə düşünürsən?