Zəlzələdən sonra yollarda çatlar yaranıb

  • 07.02.2019
  • 0

Şamaxı və İsmayıllı rayonlarında baş vermiş güclü zəlzələ yollara da təsirsiz ötüşməyib.

Xezerxeber.az-ın məlumatına görə, zəlzələ nəticəsində hər iki rayonda avtomobil yollarının bəzi hissələrində çatlar əmələ gəlib, sürüşmələr qeydə alınıb.

Təkcə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxıdan keçən hissəsində 10-a yaxın çat yaranıb.

Çatlar İsmayıllı-Muğanlı avtomobil yolunda da müşahidə olunur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli deyib ki, problem qısa zamanda aradan qaldırılacaq.

Qeyd edək ki, yollarda yaranan çatlara baxmayaraq, avtonəqliyyat vasitələrinin hərəkətində hər hansı ləngimə qeydə alınmır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?