Restoranlar "Sevgililər günü" üçün özəl menyu hazırlayır

  • 06.02.2019
  • 0

Paytaxtda fəaliyyət göstərən bəzi restoranlar Sevgililər günü kimi qeyd olunan 14 fevral tarixinə özəl olaraq hazırlaşıblar. Restoranların əksəriyyətində bu günə özəl menyu və təkliflər eyni olsa da, qiymətlər müxtəlifdir.

Xezerxeber.az-ın məlumatına görə, restoranlarda Sevgililər günü əsasən saat 19:00-da başlayacaq. Canlı musiqi ilə müşayiət olunacaq gecədə sevgililərə gül ləçəkləri və şamlarla bəzədilmiş masalarda şam yeməyi təklif olunacaq.

Həmin gecə üçün restoranların bəziləri standart menyular müəyyən etsə də, digərləri adi günlərdəki kimi fəaliyyət göstərəcək.

Standart menyular müəyyən edən restoranlarda iki nəfər üçün qiymətlər 80-200 manat arasında dəyişir. Həmin gecə üçün nəzərdə tutulan canlı musiqiyə görə isə müştərilərdən əlavə ödəniş də tələb olunmayacaq.

Bəzi restoranlar həmin günə özəl olaraq hədiyyəli yarışma da keçirəcəklər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?