Azərbaycanda daha bir zəlzələ gözlənilir? Açıqlama

  • 06.02.2019
  • 0

Şamaxı-İsmayıllı bölgəsində dünəndən indiyədək 130-dan çox afterşok olub. Təkanların bir neçəsi 3 balı keçsə də, çoxu 3 baldan aşağı, hiss olunmayan təkanlar olub.

Xezerxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Qurban Yetirmişli bildirib ki, ərazi hazırda da seysmoloji baxımdan aktiv zonadır. Lakin güclü təkanların olması ehtimalı yoxdur.

Qurban Yetirmişli onu da bildirib ki, dünən Şamaxı-İsmayıllı zonasında iki güclü təkan qeydə alınıb. Birinci təkan 5, ikinci təkan isə 6 bal olub. Hadisə nəticəsində bir neçə kənddə evlərdə çatlar əmələ gəlib. Lakin bu evlərin ziyan görməsinin əsas səbəbi tikinti normalarının pozulması olub.

Mərkəzin baş direktoru onu da qeyd edib ki, 6 ballıq zəlzələ orta güclü zəlzələdir və hər hansı təşvişə ehtiyac yoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?