“Güclə bayıra qaçdıq” — Zəlzələ şahidləri danışdı

  • 06.02.2019
  • 0

Azərbaycanda 4,4 və 6 maqnitola gücündə ardıcıl iki zəlzələ baş verib.

"Ölkə.Az" xəbər verir ki, ARB TV-nin “Günə Doğru” proqramında baş vermiş zəlzələ ilə bağlı süjet hazırlanıb.


Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi ilkin məlumatlara əsasən yerli vaxtla saat 23:19-da Pirqulu stansiyasından 7 km cənubda, Ağsu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala yaxın hiss edilib.


Ardıcıl olaraq yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə, İsmayıllı ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5,3 bala qədər hiss edilib.


Şamaxı rayonunda zəlzələ nəticəsində bir neçə fərdi evin hasarı uçub. Dağıntılar zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.


Fövqəladə Hallar Nazirliyi təbii fəlakət zamanı təkanlar nəticəsində dəyən ziyanla bağlı araşdırmalara başlayıb.


Sahibkar: “Marketi açanda tam dağılmış halda gördük. Tavan uçulub, şüşə qablar sınıb. 60, 70 min civarında ziyan dəyib”.

Sakin: “Dəhşətli zəlzələ idi. Evin daşları uçulub töküldü. Güclə bayıra qaçdıq”.


Sakin: “Əvvəl çilçiraqlar yelləndi. 2 dəqiqə keçmədi bir də gördük kompüter təpəsi üstə gəldi yerə”.


Sakin: “Yatmışdım. Zəlzələ oldu durub qaçanda pilləkəndən yıxıldım yerə”.


Səməd Fətəliyev – Baş həkim: “Xəstələr ən çox şəkərin, təzyiqin qalxması ilə əlaqədar  və 5 xəstə isə epilepsiya ilə bağlı müraciət edib.”

Nə düşünürsən?