Venesuelada ABŞ silahları ələ keçirildi

  • 06.02.2019
  • 0

Venesuelanın Valensiya şəhərində cəbbəxana ələ keçib. Cebhe.info Türkiyə mediasına istinadən xəbər verir ki,  şəhərin Artur Miçelen beynəlxalq Hava Limanında Amerika Birləşmiş Ştatlarından göndərildiyi təsbit edilən silah-sursat aşkara çıxarılıb. Bu barədə Venesuela İctimai Təhlükəsizlik Nazirliyi özünün sosial şəbəkədəki hesabında məlumat yayıb. Məlumata görə, gizli anbarda saxlanılan silah-sursat ABŞ-ın Mayami şəhərindən göndərilib. Silah-sursatla yanaşı çoxlu sayda hərbi rabitə cihazları da götürülüb.  Venesuela İctimai Təhlükəsizlik nazirinin müavini Endes Palensia silahların şəklini özünün tvitter hesabında paylaşıb. Ələ keçirilən cəbbəxana 19 oldu silah, 118 sandıqça, 90 yüksək kalibrli müşahidə cihazı və 6 cib telefonundan ibarətdir.  Məlumatada qeyd olunur ki, silahlar fevralın 3-də göndərilib. 

Qeyd edək ki, Venesuelada inqilab baş verib. Parlamentin sədri Xuan Quaydo özünü müvəqqəti prezident elan edib. ABŞ başda olmaqla bir sıra ölkələr, o cümlədən Kanada, Kolumbiya, Avstraliya, Peru, Ekvador, Çili, Panama, Kosta Rika, Qvatemala, Braziliya, Argentina, Paraqvay Quaydonu qanuni prezident kimi tanıyıb. Eyni addımı Avropa Parlamenti də atıb.

Nə düşünürsən?