Ankaradan Fransaya “soyqırım” cavabı

  • 06.02.2019
  • 0

Fransa prezidentinin qondarma erməni soyqırımı ilə bağlı qərarı Türkiyədə təpki ilə qarşılanıb. Cebhe.info xəbər verir ki, rəsmi Ankara Emmanuel Makronun qərarını qınayıb. Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın məsələ ilə bağlı açıqlamasında Fransa tərəfini tarixi faktları təhrif etməkdə suçlandırıb: “Fransa prezidentinin 24 aprelin “erməni soyqırımı” anma günü kimi qəbul etməsini qınayırıq. Bu qərarın Türkiyə üçün heç bir hökmü yoxdur. Qondarma erməni soyqırımı iddiaları heç bir hüquqi əsası olmayan, tarixi həqiqətləri təhrif edən siyasi bir yalandır”. Prezidentin sözçüsü tarixi hadisələrlə manipulyasiyanın doğru hərəkət olmadığını bildirib: “Prezident Rəcəb Tayyib Ərdoğan 2005-ci ildə bu hadisəni araşdıracaq   tarixçilərdən ibarən müştərək komissiyanın yaradılmasını təklif etmişdi. Lakin qarşı tərəf bundan imtina etdi. Tarixi hadisələrlə manipulyasiya edənləri pisləyirik. Onların bu qərarını rədd edirik”.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron bütün ölkədə 24 aprelin “erməni soyqırımı”nı anma günü kimi keçiriliəcəyini bildirib.

Nə düşünürsən?