Gecə saatlarında dəhşətli hadisə: Taksiyə minən qadın sürücüyə şok anlar yaşatdı

06.02.2019 | 566 | 0

Türkiyənin Bursa vilyətində mindiyi taksi sürücüsünün boğazına bıçaq çəkən qadən saxlanılıb.

Oxu24.com Haberle.com saytına istinadən xəbər verir  ki, hadisə  gecə saatlarında  baş verib. 29 yaşlı  Sebahet Dastanlı adlı qadın Barbaros Temel adlı sürücünün idarə etdiyi avtomobilə əyləşib.Taksi sürücüsü mənzil başına çatdıqdan sonra əlavə yol gəldiyini əsas gətirərək qadından bir qədər artıq pul verməsini istəyib. Bundan əsəbiləşən qadın çantasından çıxardığı şok cihazı ilə sürücünü hərəkətsiz hala gətirib. Daha sonra çantasından çıxardığı biçaqla onun boğazına dirəyərək qapını açmasını tələb edib. Sürücünü hərəkətsiz vəziyyətdə qoyan qadın sərnişin ərazidən qaçıb. Polisin keçirdiyi əməliyyat nəticəsində Sebahet  Dastanlı saxlanılıb. Hadisə ilə bağlı videonu təqdim edirik:

Nə düşünürsən?