Maksim Fadiyev: "Azərbaycan mənim üçün çox doğmadır"

06.02.2019 | 18 | 0

Xalq artisti Emin Ağalarov prodüser və müğənni Maksim Fadiyev “Мой Азербайджан” adlı duetlərini təqdim ediblər.


News24.az xəbər verir ki, yaxın günlərdə Bakıda konsert proqramı ilə çıxış etməyə hazırlaşan M.Fadiyev yeni işi haqda açıqlama verərkən Azərbaycan haqda fikirlərini dilə gətirib:


“Mən sovet insanıyam. Buna görə də bir vaxtlar SSRİ-yə daxil olan bütün ölkələr, o cümlədən də Azərbaycan mənim üçün çox doğmadır. Mənim doğma şəhərim, ölkəm. O, heç dəyişməyib. Ola bilər ki, adlarda dəyişiklik olub, lakin Azərbaycan mənim üçün əzizdir və oranı sevməkdən əl çəkmədim. Bu şəhər dostlarımın şəhəridir. Azərbaycan qonaqpərvər insanların məskənidir”.


M.Fadiyev xalq artisti Emin Ağalarovla olan “Мой Азербайджан” (Mənim Azərbaycanım) adlı duetlərinin yaranmasından da söz açıb:


“Biz onunla söhbət edirdik və Emin mənə doğma torpağı, vətəni haqda mahnı oxumaq istədiyini bildirdi. Beləcə duetimiz alındı. Hər şey hər zaman Eminlə başlayır”.


Mahnı haqda danışan E.Ağalarov dueti məhz Maksim Fadiyevlə oxumasından məmnun olduğunu açıqlayıb:


“Biz mahnını eyni cür hiss etdik. Duetdə Maksimin ruhu var və inanıram ki, o, mahnıya öz ürəyini qoyub”.

Nə düşünürsən?