İdmançı aslanı boğub öldürdü

  • 06.02.2019
  • 0

ABŞ-ın Kolorado əyalətində adı açıqlanmayan şəxs ona hücum edən dağ aslanını boğaraq öldürüb.

Olay ABŞ-da sosial şəbəkədə ən çox müzakirə olunan mövzuya çevrilib.

Bildirilir ki, dağ cığırı ilə qaçan idmançıya dağ aslanı hücum edib, idmançı özünü müdafiə etmək üçün aslanı öldürməli olub.

Kolorado Park və Vəhşi Təbiət Mərkəzinin yetkililəri məlumatı təsdiqləyiblər.

Qol və ayağından yaralanan şəxs xəstəxanaya yerləşdirilib.

Koloradoda 1990-cı ildən bəri dağ aslanı 3 nəfəri öldürüb, 16 nəfəri isə yaralayıb.(teleqraf.com)

Nə düşünürsən?