Azərbaycanda zəlzələ oldu

  • 05.02.2019
  • 0

Fevralın 5-də Yardımlı stansiyasından 24 kilometr şimal-şərqdə – Lerik rayonunda 3,9 bal gücündə zəlzələ baş verib.

Bax.tv Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirir ki, yeraltı təkanlar yerli vaxtla saat 17:24-də qeydə alınıb.

Ocağı 19 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4 bala yaxın, yaxın rayonlarda 3 bala qədər hiss olunub.

Nə düşünürsən?