Universitetdən azərbaycanlı tələbənin ölümü ilə bağlı baş sağlığı

  • 05.02.2019
  • 0

BiG.AZ bildirir ki, Biləcik Şeyx Ədəbali Universiteti azərbaycanlı tələbənin ölümü ilə bağlı ailə yaxınlarına başsağlığı verib:

"Maşınqayırma mühəndisliyi fakültəsinin tələbəsi Mirsani Seyidov keçirdiyi qəza nəticəsində bu gün Düzcə xəstəxanasında vəfat edib. Tələbəmiz Mirsani Seyidovun yaxınlarına, sevənlərinə və ailəsinə Biləcik Şeyx Ədəbali Universiteti adından başsağlığı veririk. Onun məzun olmasına sadəcə bir dərsi qalmışdı. Allah rəhmət eləsin!"

Qeyd edək ki, Türkiyənin Biləcik vilayətində yol nəqliyyat hadisəsi nəticəsində Azərbaycan vətəndaşı həyatını itirib. Belə ki, fevralın 3-də Mirsani Seyidovun idarə etdiyi 34 MM 1844 nömrə nişanlı "JEEP"lə fabrik işçilərini daşıyan avtobus toqquşub. Qəzada "JEEP"in sürücüsü ilə yanaşı Mirsani Seyidov, Ersan Gülüm, İsmət Turan və Qürbət Çankaya və avtobusdakı 6 işçi yaralanıb. Yaralılar hadisə yerinə gələn tibb işçiləri tərəfindən Bilecik Dövlət Xəstəxanasına aparılıb. Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dizə kənd sakini, 21 yaşlı Seyidov Mirsani Ağamir oğlu çatdırıldığı xəstəxanada vəfat edib.

Nə düşünürsən?