"Latsio" "İnter"i İtaliya Kubokundan kənarlaşdırdı

  • 01.02.2019
  • 0

 "Latsio" futbol üzrə İtaliya Kubokunun ¼ final qarşılaşmasında səfərdə "İnter"i məğlub edib.

Görüşün əsas hissəsi 1:1 hesablı heç-heçə ilə başa çatdıqdan, qalib penaltilər seriyası ilə müəyyən edilib (4:3).

"Latsio" yarımfinalda "Milan" ilə qarşılaşacaq. Komandalar 27 fevral və 24 aprel tarixlərində qarşılaşacaqlar. Digər yarımfinalda "Fiorentina" "Atalanta" ilə üz-üzə gələcək.

Turnirin hazırkı qalibi ötən il "Milan"ı 4:0 hesabı ilə darmadağın edən"Yuventus"dur.

İtaliya Kuboku. 1/4 final

"İnter" – "Lasio" - 1:1 (3:4)

Qollar: 0:1 – İmmobile – 108, 1:1 – İkardi – 120+5 (pen)

Nə düşünürsən?