Astarada reyd – xeyli sürücü cərimələndi

  • 31.01.2019
  • 0

Yol polisi əməkdaşları Astarada reyd keçiriblər. Reyd maraqlı məqamlarla yadda qalıb. Xeyli sürücü barəsində inzibati protokol tərtib olunub.

Biri harada tibbi müayinədən keçməli olduğunu bilmir. Digəri sənədsiz heyvan daşıyır.

Bu sürücü isə tibbi müayinəddən keçməməsinə özünəməxsus şəkildə haqq qazandırmağa çalışır.

Görüntülər yol polisi əməkdaşlarının Astarada keçirdikləri reyddəndir. Sərnişindaşıma sahəsində təhlükəsizliyin təmin edilməsi məqsədi ilə təşkil edilən reyddə bir sıra qayda pozuntuları aşkarlanıb. Normadan xeyli artıq sərnişin daşıyan, texniki baxışdan keçməyən və istismara yararsız çox sayda iri və kiçik tutumlu avtobuslar müəyyən edilib. Avtobuslarla yanaşı, sənədləri qaydasında olmayan digər nəqliyyat vasitələri və sürücülər də aşkarlanıb.

Daha sonra yol polisi əməkdaşları şəhərlərarası sərnişindaşıma ilə məşğul olan sürücülərlə maarifləndirici görüş keçiriblər. Görüşdə sürücülərə iş və istirahət rejimi, eləcə də qanunvericiliyin tələbləri barədə məlumat verilib.

Nə düşünürsən?