Şəhərin ortasında it keçiyə hücum edib

  • 30.01.2019
  • 0

Şəhərin ortasında it keçiyə hücum edib.

Sfera.az bildirir ki, hadisə Türkiyənin İstanbul şəhərində baş verib. Belə ki, şəhəri Bahçelievler rayonunda Ali Sever adlı şəxs həmişə özüylə gəzdirdiyi keçiylə kafedə yemək yeyirmiş.

Birdən içəri girən doqo cinsli it keçiyə hücum edərək quyruğunu dişləyib. Ətradakılar birtəhər keçini itin əlindən ala biliblər. İtdən qurtulduğunu görən keçi qaçaraq qonşuluqdakı mağazaya sığınıb. Baş verənlər orada olan kameralar tərəfindən qeydə alınıb. Keçinin sahibinin sözlərinə görə heyvanıyla 24 saat bir yerdədilər. Hətta işə də birlikdə gedirlər.

Qeyd edək ki, Aregntina əsilli doqo adlı itlər aqressiv olduqlarından Türkiyədə qanunla qadağan olunub.

Nə düşünürsən?