Nazirlikdən qızılca açıqlaması

  • 29.01.2019
  • 0

Səhiyyə Nazirliyi qızılca xəstəliyinin yayılmasının qarşısını almaq üçün hərəkətə keçib. Bu xəstəliyə qarşı xeyli sayda peyvənd sifariş edilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov qeyd edib ki, ölkəmizdə qızılca xəstəliyi ilə bağlı epidemioloji vəziyyət hələ ki, normaldır. Amma son vaxtlarda vətəndaşlar arasında qızılca xəstəliyinə tutulanlara rast gəlinib.

Pərviz Abubəkirovun sözərinə görə xəstəlik əsasən 20-40 yaşlı, vaxtı ilə peyvənd olunmamış əhali arasında baş verib. Ölkədə qızılca xəstəliyinin yayılmasının qarşısının alınması məqsədi ilə Səhiyyə Nazirliyi tərəfindən uşaqların tam peyvəndlə əhatə olunması istiqamətində işlərin gücləndirilməsi və qızılca xəstəliyinə şübhəli bütün hadisələrin diqqətlə araşdırılması tapşırılıb.Bundan əlavə hər hansı səbəbdən peyvənd almayan əhalinin vaksinasiyası üçün yaxın zamanda əlavə peyvənd tədbirlərinin aparılması nəzərdə tutulur.

Peyvəndləmə könüllü olaraq həyata keçiriləcək. Dövlət xəstəxanalarına müraciət edənlər pulsuz olaraq peyvəndlərdən istifadə edəcəklər. Özəl xəstəxanalarda isə qızılca əleyhinə peyvəndlərin vurulması ödənişlidir.

Nə düşünürsən?